BAKI, 13 noyabr. TELEQRAF
“Düşmənin İrana qarşı istənilən düşmənçilik addımına dəhşətli və ağrılı zərbələrlə cavab veriləcək”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi deyib.
“Düşmən ardıcıl məğlubiyyətlərindən dərs çıxarmalıdır. Əks halda, onu daha böyük dərslər gözləyir”, - o bildirib.
Əhməd Vahidi İranın keçmiş ali rəhbəri Əli Xameneinin qisasının alınacağını da iddia edib.