BAKI, 14 noyabr. TELEQRAF

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə obyektlərində yoxlamaları bərpa etməsi üçün ölkənin təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasını tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” İranın Vyanadakı daimi nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr təhlükəsizlik şəraitini dəyişib: "Mövcud vəziyyətdə agentliyin müntəzəm yoxlamalarının aparılması mümkün deyil".

İran tərəfi yoxlamaların bərpası zamanı yeni təhlükəsizlik şərtlərinin nəzərə alınmasını vacib sayır.

"Normal şəraitdən kənar vəziyyətdə təminat tədbirlərinin adi qaydada tətbiqini bərpa etmək mümkün deyil".

Nümayəndəlik AEBA-nın Rəhbərlər Şurasını diqqəti mövcud böhranın əsas səbəblərinin aradan qaldırılmasına yönəltməyə çağırıb.