BAKI, 15 noyabr. TELEQRAF

Fars körfəzinin cənub hissəsində 2 milyon bareldən çox neft daşıyan supertankerin dəniz minasına düşərək güclü yanğından sonra batıb, Hörmüz boğazında icazəsiz marşrut üzrə hərəkət edən ikinci gəmi isə yanıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hər iki tanker identifikasiya və naviqasiya sistemlərini söndürərək ABŞ ordusunun dəstəyi ilə boğazın cənub marşrutundan gizli keçməyə cəhd edib.

SEPAH ərazidəki balıqçılara batmış gəmiyə toqquşmamaq üçün təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib, gəmi sahibləri və heyət üzvlərinə isə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.