BAKI, 15 noyabr. TELEQRAF
"Silahlı qüvvələrimizin nailiyyətləri sayəsində "nə müharibə, nə sülh" vəziyyətində qalmayacağıq. ABŞ-nin danışıqlar aparmaq və ya müharibə etmək istəməsi bizim üçün ümumiyyətlə vacib deyil".
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O əlavə edib ki, əgər Vaşinqton İranın 7 şərtini qəbul edərsə, razılaşma yolu açıqdır:
"Lakin amerikalılar bu dəfə səhvə yol versələr, döyüş coğrafiyasını onların istək və iradəsi deyil, İran Silahlı Qüvvələrinin gücü və iradəsi müəyyən edəcək. Yeni müharibənin zərəri isə çoxlarına dəyəcək".