BAKI, 16 noyabr. TELEQRAF

“Bəşəriyyət gələcəkdə sivilizasiyanın inkişafı üçün lazım olan enerjinin demək olar, hamısını Günəşdən əldə edəcək”.

Teleqraf xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask deyib.

“Bəşəriyyətin ehtiyacları üçün Günəşdən əldə etdiyimiz enerjinin miqdarı istifadə olunan bütün enerjinin demək olar, 100 faizinə yaxınlaşacaq”, - o, X sosial şəbəkəsində yazıb.

Mask qeyd edub ki, bu, riyazi qanunauyğunluqdur və mürəkkəb hesablamalar tələb etmir.