BAKI, 14 noyabr. TELEQRAF

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) BMT Təhlükəsizlik Şurasını İrandan region ölkələrinə hücumlar nəticəsində dəymiş zərərin ödənilməsini tələb etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.

Baş katib qeyd edib ki, hücumlara görə məsuliyyət daşıyanlar cavab verməli və İran vurulmuş zərəri kompensasiya etməlidir.

O, həmçinin Körfəz ölkələrinin təhlükəsizliyinə təsir edən danışıqlarda həmin dövlətlərin iştirak etməli olduğunu bildirib.