BAKI, 13 noyabr. TELEQRAF

“İran silahlı qüvvələrinin çəkindirmə imkanları elə bir səviyyəyə çatıb ki, iki tonluq döyüş başlığına malik raketləri 1500 kilometr məsafədəki hədəflərə ata bilərlər”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş komandanının müavini Mustafa İzadi deyib.

“Amerika bazalarının təhlükəsizliyi təmin etməsi mifi artıq sona çatıb. İslam Respublikası dünyaya göstərdi ki, Amerika imperializmi kağız pələngdir, amerikalıların özləri də uzaq sahillərdə narahatlıq içindədir.

Raket, hava hücumundan müdafiə, dronlar, hərbi dəniz qüvvələri və ərazi müdafiəsi sahələrində hazır vəziyyətdəyik. “Bəsic” qüvvələri isə İranın bütün ərazisində mövcuddur”, - o əlavə edib.