BAKI, 13 noyabr. TELEQRAF

İran Hərbi Dəniz Qüvvələri Hörmüzqan əyalətinin Sirik sahillərində ABŞ ordusuna məxsus PUA-nı məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Əməliyyatın Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahının vahid şəbəkəsi çərçivəsində həyata keçirildiyi bildirilib.