BAKI, 7 oktyabr. TELEQRAF

Türkiyə ABŞ-nin “Starlink” rabitə sisteminin milli analoqu kimi “Astralink” adlı aşağıorbitli kosmik peyk sistemi yaratmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hərbi ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol bildirib.

“Layihənin həyata keçirilməsinə ötən ilin sonunda başlamışıq. Bizim 198 aşağıorbitli peykdən ibarət qrupumuz olacaq. Onlardan birincisinin iki il ərzində orbitə buraxılması planlaşdırılır. Sistem öz siqnal formasına, çiplərinə və yerli ekosistem tərəfindən hazırlanmış alt sistemlərə malik olacaq”, - o deyib.

Akyol qeyd edib ki, “Astralink” Türkiyəni və dost ölkələri dayanıqlı rabitə ilə təmin edəcək.