BAKI, 24 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu, beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldu karyerasında 987 qola imza atıb.

Teleqraf xəbər verir ki, o, Asiya Çempionlar Liqasının beşinci turunun Qətərin "Əl-Sədd" komandasına qarşı ev oyununda qol vurub.

13-cü dəqiqədə futbolçu penaltidən qolu dəqiq yerinə yetirərək oyunda hesabı açıb.