BAKI, 30 iyun. TELEQRAF
ABŞ-də İsrail və Livan arasında imzalanmış çərçivə razılaşması “Hizbullah” Hərəkatının bunu pozacağı hədəsi səbəbindən qeyri-müəyyənliklə üzləşib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Saziş dövlətin nəzarətində olmayan silahlı qrupların tərksilah edilməsi şərtilə İsrail qoşunlarının Livanın cənubundan tədricən çəkilməsini ehtiva edir.
Plana əsasən, Livan ordusu İsrail tərəfindən boşaldılan ərazilərə nəzarəti ələ almalıdır.