BAKI, 17 noyabr. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail hərbi bazalarının yaxınlığındakı mülki infrastrukturların hədəfə alınacağı barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “The New York Times”ın İranın raket bazalarının yaxınlığında yerləşən bəzi mülki obyektlərin ikili təyinatlı olması barədə məlumatını şərh edərkən deyib.
“Mülki infrastruktura qarşı növbəti hücum mərhələsinə hazırlaşdıqları vaxtda ekspertləri “The New York Times” qəzetinə bildirirlər ki, İranın raket bazalarının yaxınlığındakı bəndlər ikili təyinatlıdır.
Yaxşı, elə isə yeni qayda belədir: ABŞ və ya İsrail hərbi bazasının yaxınlığında yerləşən hər bir bənd, liman və ya elektrik stansiyası ikili təyinatlı hesab ediləcək. Sizin məntiqinizi eyni şəkildə və heç bir ayrı-seçkilik etmədən tətbiq edəcəyik”, - Qalibaf X sosial şəbəkəsində yazıb.