BAKI, 16 noyabr. TELEQRAF
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-nin Xəzər dənizi regionunda nüfuzunu artırmağa çalışdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“ABŞ Xəzər regionunda nüfuzunu gücləndirmək istəyir, Amerika tərəfinə lazımi xəbərdarlığı edəcəyik. Hazırda Xəzəryanı ölkələrlə təmasdayıq”, - Qəribabadi deyib.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silahların və sanksiyalara məruz qalan məhsulların daşınmasının qarşısını almaq məqsədilə Amerikanın digər dövlət qurumları ilə koordinasiyalı şəkildə “Dəmir Qapı” işçi qrupunun yaradıldığını açıqlamışdı.