BAKI, 17 noyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio İranın Bəhreyn ərazisinə hava zərbələri endirməsindən sonra bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zəyani ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, dövlət katibi telefon danışığı zamanı Vaşinqtonun Manama qarşısında müttəfiqlik öhdəliklərinə sadiq olduğunu bəyan edib.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub:
“Dövlət katibi İranın Bəhreynə endirdiyi zərbələri pisləyib və ABŞ-nin Bəhreynin, eləcə də Bəsrə körfəzindəki bütün tərəfdaşlarımızın təhlükəsizliyini təmin etməyə sadiq olduğunu təsdiqləyib”.
Noyabrın 15-də Bəhreynin hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirilən hücum zamanı bir neçə hava hədəfini aşkar edərək məhv edib. Həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki Ər-Rifa helikopter bazasında yerləşən ABŞ radar stansiyasına hücum etdiyini açıqlayıb. Bundan sonra ABŞ-nin Manamadakı səfirliyi İrandan və Yəməndə fəaliyyət göstərən “Ənsarallah” Hərəkatından (husilər) mümkün hücum təhlükəsi ilə əlaqədar Bəhreyndə yaşayan Amerika vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.