BAKI, 16 noyabr. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Yaxın Şərqdə yaranmış gərginliyin aradan qaldırılması yollarını müzakirə ediblər.