BAKI, 17 noyabr. TELEQRAF

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner qurum rəhbəri Yohann Vadefulun bu həftə Azərbaycan və Ermənistana səfəri ilə bağlı sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, Niklas Vaqner Almaniyanın xarici işlər naziri Yohann Vadefulun bu həftə Azərbaycan və Ermənistana səfərinin Berlinin Cənubi Qafqazda sülh və rifahın təmin olunmasına sadiqliyinin göstəricisi olduğunu vurğulayıb.