BAKI, 16 noyabr. TELEQRAF

İraqda milli təhlükəsizliyin qorunması məqsədilə "Telegram" messencerinin fəaliyyəti məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə INA məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İordaniyada da "Telegram" messencerinin fəaliyyəti bloklanıb.