BAKI, 16 noyabr. TELEQRAF
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Hizbullah” Hərəkatının silahlarını könüllü şəkildə təhvil verəcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Livan Prezidenti Cozef Aunla görüşdən sonra danışıb.
Diplomat vurğulayıb ki, heç bir ölkənin ərazisində iki ordu ola bilməz.
ABŞ nümayəndəsi Beyruta səfərinin məqsədinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyasının fəaliyyəti ilə bağlı müzakirələr aparmaq olduğunu qeyd edib.
Mayk Uolts Livanın suverenliyinin tam bərpa edilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu məqsədə nail olunmasında əsas mexanizm Livan ordusudur.