BAKI, 16 noyabr. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi Pakistana yaxşı dost, əlindən gələni edən ölkə kimi etibar etdiklərini və İslamabadla əməkdaşlıqdan məmnun olduqlarını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Pakistan dövlət televiziyasına verdiyi açıqlamada danışıb.
Pakistanın İranla ABŞ arasında vasitəçiliyinə toxunan Abbas Əraqç qeyd edib: “Pakistan öz işini görür. Məsələ çox mürəkkəb və çətindir. Pakistanlı qardaşlarımıza güvənirik”.