BAKI, 30 iyun. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçinin Livana planlaşdırılan səfəri ləğv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Livanın “Al-Madon” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Abbas Əraqçinin Beyruta səfəri planlaşdırılsa da, səfərin Livan və İsrail arasında imzalanmış müqaviləni dəstəkləmək kimi qəbul edilməməsi üçün tezliklə bunu həyata keçirməyəcək.
Qeyd edilib ki, səfər əvvəlcədən planlaşdırılsa da, Tehran mövcud şəraitdə bunun ləğv edilməsini üstün tutub.