BAKI, 17 fevral. TELEQRAF

“Ölkə və cəmiyyəti mümkün qədər az zərərlə idarə etməli, sülh və təhlükəsizliyi təmin etməliyik”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Polis Akademiyasında çıxışı zamanı ölkədəki etirazlar barədə danışarkən deyib.

“Ölkə və cəmiyyəti idarə etməyi, mümkün qədər az zərərlə sülh və təhlükəsizliyi təmin etməyi bacarmalıyıq. Cəmiyyətin sağlamlığı üçün ilk addım sağlam şəhər və məhəllə yaratmaqdır. İkinci addım profilaktikadır, yəni cəmiyyətdə narazılıq və ya problem varsa, onun böhrana çevrilməsinə imkan verməməliyik, əksinə, qarşısını almalı və müalicə etməliyik. Üçüncü addımda hadisəni yaradan səbəbi müalicə etməli və bu müalicəni aidiyyəti tərəflərlə ən az xərclə həyata keçirməliyik”, - o bildirib.

Məsud Pezeşkian vurğulayıb ki, lazımi istiqamətlər üzrə tədbirlər görülərkən, polis və təhlükəsizlik qüvvələrinə zərər dəyməməlidir.

Prezident əlavə edib ki, dövlət bu prosesdə inzibati qüvvələri dəstəkləyəcək, müxtəlif qurumlar və vətəndaşlar arasında ünsiyyət gücləndiriləcək və xalqın hadisələrdə iştirakı düşmən planlarını pozacaq”.