BAKI, 11 fevral. TELEQRAF
“İran qırmızı xətləri qorumaq şərti ilə dünya ilə dialoqa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Prezident bildirib ki, İran ətrafında davam edən gərginlik fonunda region ölkələrinin liderləri bir-bir telefon vasitəsilə narahatlıqları və mövqelərini Tehranla bölüşüblər:
“Bu yolda Azərbaycan, Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və digər region ölkələrinin prezidentləri və rəsmilərinə təşəkkür edirəm. Onlar İranın narahatlığını nəzərə alır, məsələlərin sülh yolu və diplomatik şəkildə həllinə çalışırlar”.