BAKI, 17 yanvar. TELEQRAF

İran müharibəyə cəlb olunmayacaq, lakin daxili qarışıqlıqlara səbəb olan şəxslər və beynəlxalq qanun pozucularının cəzalandırılmasından imtina etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei xalqla müraciəti zamanı bildirib.

"Daxili cinayətkarlar pisdir, amma daha təhlükəli olanlar beynəlxalq cinayətkarlardır. Onları da buraxmayacağıq.”