BAKI, 24 dekabr. TELEQRAF
“Düşmən tərəfindən İrana hansısa təhlükə yaranarsa, cavabımız hərbi güclə və milli birliyi qorumaqla olacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Pezidenti Məsud Pezeşkianın müavini Məhəmməd Cəfər Qaimpənah deyib.
“İnşallah, hücum olmayacaq, amma olarsa, biz tam gücümüzlə hazırıq. Əvvəlki müharibədə düşməni geri çəkilməyə və atəşi dayandırmağa məcbur etdiyimiz kimi, bu dəfə də eyni olacaq”, - prezidentin müavini bildirib.