BAKI, 23 dekabr. TELEQRAF

İsrail mediasında Tehranla gərginliyin artması barədə informasiya dalğası İran tərəfində yanlış anlaşılma yaradaraq, real təhlükəsizlik böhranının kəskinləşməsinə gətirib çıxara və bu mərhələdə tərəflərin heç birinin başlamaq istəmədiyi iflicedici bir müharibəni alovlandıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet”in analitik materialında bildirilib.

Nəşrin yazdığına görə, Tehranda qərarların qəbulu hazırda böyük ölçüdə İsrail mediasının siyasi və ya Qərbin kəşfiyyat mənbələrinə istinadla yaydığı məlumatlara söykənir:

“Təhlükəsizlik rəsmiləri xəbərdarlıq edirlər ki, İran Qərbdən yeni müharibə üçün hücum olacağı qənaətinə gəlsə, bu dəfə hücuma o keçə bilər”.