BAKI, 19 dekabr. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkianın müavini Məhəmmədcəfər Qaimpənah prezidentin istefası ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, rəsmi istefa məsələsinin gündəmdə olmadığını söyləyib.

“Bəzən deyilir ki, cənab prezident istefa verməlidir, amma sual budur ki, bu halda İranın taleyi necə olacaq?”, - Qaimpənah qeyd edib.

Prezidentin müavini əlavə edib ki, rahatlıq axtarmaq üçün məsuliyyətdən yayınmaq olmaz.

Qaimpənah vurğulayıb ki, İranın xilas yolu islahatçı səbir və mərhələli irəliləyişdir.