BAKI, 17 dekabr. TELEQRAF

İran İsrailin hücumunun təkrarlanmasının qarşısını almaq üçün Rusiya ilə məsləhətləşmələrə güvənir.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib.

İran xarici işlər naziri Rusiya xarici işlər nazirinə 12 günlük müharibə zamanı ölkəsinin Tehrana verdiyi dəstəyə görə təşəkkür edib.