BAKI, 25 sentyabr. TELEQRAF

“İran heç vaxt təcavüzkarın qarşısında diz çökməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun iddiasına görə, İsrail və ABŞ-nin İrana son zərbələri Yaxın Şərqdə sabitliyi təmin etmək səylərini sarsıdıb.

“Təhlükəsizlik güc yolu ilə deyil, qarşılıqlı hörmətlə əldə edilir və ölkələr bir-birini dinləməlidir”, - Pezeşkian bildirib.