BAKI, 24 sentyabr. TELEQRAF

İrəvan və Tehran arasında həm İranda, həm də Ermənistanda müştərək istehsal müəssisələri və fabriklər açmaq barədə razılaşma əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabak məlumat verib.

“Ölkəmizin Ermənistanla çox yaxşı əlaqələri var. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığının həcmi getdikcə artır. Prezident Məsud Pezeşkianla bu yaxınlarda etdiyimiz səfər zamanı əməkdaşlığın bütün sahələrini müzakirə etdik: istehsal, ticarət, malların tədarükü, mineral ehtiyatların işlənməsi.

Qarşılıqlı investisiyalar, istehsal layihələrinin həyata keçirilməsi, bazarlarda satış imkanlarının genişləndirilməsi barədə də danışdıq. İstər İranda, istərsə də Ermənistanda müştərək istehsal müəssisələri və fabriklər açmaq barədə razılaşmamız var”, - iranlı nazir qeyd edib.