BAKI, 20 iyun. TELEQRAF

İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu bəyan ediblər ki, həyata keçirilən əməliyyat İran Ali rəhbəri Ayətullah Əli Xameneinin öldürülməsini hədəfləməyib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bununla belə, onlar qeyd ediblər ki, əməliyyat nəticəsində belə bir nəticə mümkündür.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.