BAKI, 6 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında XI tura bu gün start verilir.
Teleqraf xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.
Günün digər oyununda isə “Neftçi” “Kəpəz”lə üz-üzə gələcək. “Palms Sports Arena”da baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, XI tur öncəsi turnir cədvəlinə “Neftçi” 21 xalla liderlik edir, “Sabah” 20, “Qarabağ” 19, “Turan Tovuz” 18, “Kəpəz” isə 17 xalla ilk beşlikdə yer alır.
Azərbaycan Premyer Liqası
XI tur
6 noyabr
18:00. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Tərlan Talıbzadə
“Azersun Arena”
20:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
“Palms Sports Arena”