BAKI, 24 aprel. TELEQRAF
Bu gün səhər saatlarında Tehrandakı erməni icmasının nümayəndələri ilə Ermənistanın İrandakı səfiri Qriqor Akopyan arasında insident baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Tehranda “erməni soyqırımı memorialı”nda səhər saatlarında keçirilən mərasimdə erməni icmasının nümayəndələri Akopyanı fit və “Satqın Nikol” şüarları ilə qarşılayıb, hətta onun qoyduğu əklili də götürüb kənara atıblar.
İnsidentə Ermənistan səfirliyinin “Genesis Armenia” analitik mərkəzinin direktoru, politoloq Abraham Qasparyanın Tehranda çıxışını və görüşlərini qadağan etməsi ilə bağlı müraciəti səbəb olub. Qasparyan “Daşnaksütyun” terror təşkilatının təşəbbüsü ilə keçirilməli olan tədbirdə iştirak etmək üçün Tehrana gəlib.