BAKI, 23 aprel. TELEQRAF
Türkiyə Rusiyadan aldığı S-400 raket sistemlərini Suriyada yerləşdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.
ABŞ Nümayəndələr Palatasının üzvləri Qus Bilirakis və Bred Şneyder iddialardan sonra ABŞ Dövlət Departamentinə məktub yazıblar.
Məktubda ABŞ hökuməti Türkiyənin mümkün addımının qarşısını almağa çağırılıb.
Senatorlar iddia edirlər ki, bu addım Suriyada İsrail və Türkiyə arasında münaqişəyə səbəb ola bilər.