BAKI, 21 aprel. TELEQRAF
İran həm İsraili, həm də ABŞ-ni məhv etmək istəyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin İsrailə təyin olunmuş yeni səfiri Myak Hakabi etimadnaməsini Prezident İsaak Hersoqa təqdimetmə mərasimində deyib.
“Onların hər zaman arzuları olub ki, İsrail açılış pərdəsi olsun, sonra məhv olmaq növbəsi Amerikaya çatsın”, - səfir bildirib.
Hakabi qeyd edib ki, onun ABŞ Prezidenti Donald Tramp tərəfindən təyin edilməsi Tanrının çağırışıdır:
“Bu missiyanın məqsədi sülh və firavanlıq üçün İsrail xalqının yanında olmaqdır. İsrailə dəstək ilahi mövqedir”.
İsaak Hersoq isə əlavə edib ki, onun səfir təyin edilməsi Trampın İsrailə olan sevgisinin, dostluğunun və dəstəyinin parlaq təzahürüdür.
İran təhlükəsinə toxunan İsrail prezidenti vurğulayıb:
“Tehran nüvə silahı əldə etmək və İsraili məhv etməyə açıq çağırışlar etməklə, özü və proksi qüvvələri vasitəsilə regionda sabitliyin pozulmasına yönəlmiş radikal planlarını həyata keçirməkdə davam edir”.