
BAKI, 7 mart. TELEQRAF
Suriyanın yeni hökumətinə tabe olan silahlı qüvvələrin bölmələri, keçmiş prezident Bəşər Əsədi dəstəkləyən müxaliflərə qarşı mübarizə aparmaq məqsədilə Latakiya və Tartus şəhərlərinə daxil olublar.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Daxili Təhlükəsizlik İdarəsi həmçinin idarəetmə mərkəzləri, ətraf kəndlər və dağlıq ərazilərin yoxlanması üzrə genişmiqyaslı əməliyyata başladığını elan edib.
İdarə keçmiş dövlət başçısının tərəfdarlarını silahlarını təhvil verməyə çağırıb.