BAKI, 8 mart. TELEQRAF

Suriya Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri ölkənin sahilyanı hissəsinə gedən bütün yolların bağlandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sana” dövlət agentliyi məlumat yayıb.

Hökumət bu addımı Cebla şəhərində, Latakiya şəhərinin bir sıra bölgələrində və Tartus əyalətlərinin dağlıq ərazilərində silahlı toqquşmaların baş verməsi ilə əlaqədar atıb.

Xatırladaq ki, Suriya təhlükəsizlik qüvvələri ilə ölkənin silahlı müxalifləri arasında şiddətli döyüşlər gedir.

Bununla əlaqədar hakimiyyət orqanlarının komendant saatı tətbiq etdiyi də məlumdur. Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.