BAKI, 7 mart. TELEQRAF

Suriya ordusu Latakiya vilayətini nəzarətə götürdü.

Teleqraf xəbər verir ki, bu barədə “'Al Jazeera'” məlumat yayıb.

“Latakiya nəzarətə götürülüb, hərbi obyektlərin mühasirəsi aradan qaldırılıb və keçmiş rejimin nümayəndələri çıxarılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, sözügedən bölgədə dünən keçmiş hakimiyyətin tərəfdarları Suriyanın yeni rəhbərliyinə qarşı qiyam qaldırıblar. Hazırda Suriya hərbi qüvvələri ilə onlar arasında qarşıdurma davam edir.