BAKI, 9 mart. TELEQRAF

"Rusiya Federasiyasının maraqlarını nəzərə almadan Avropada yeni uzunmüddətli təhlükəsizlik arxitekturasından danışmaq mümkün deyil".

Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Diplomatın sözlərinə görə, o, Rusiyanı Avropa İttifaqı üçün təhlükə kimi görmür.

"Bundan başqa, hesab edirəm ki, Rusiyanı nəzərə almadan Avropanın təhlükəsizlik arxitekturasından danışmaq mümkün deyil”, - Siyarto deyib.

O, Moskva ilə rabitə kanallarının bağlanmasını da səhv addım adlandırıb.

“Biz üç ildir ki, Rusiya ilə diplomatik kanalları açıq saxlamışıq və ABŞ Prezidenti Donald Tramp da indi bu kanalları açıb ”, - nazir bildirib.

O əlavə edib ki, əlaqə saxlamaqdan imtina sülhə olan ümidləri puç edəcək.