.jpg)
BAKI, 7 mart. TELEQRAF
Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyasını müzakirə etməkdən imtina edib, amma Dəməşqlə hərbi mövcudluq və iqtisadi əməkdaşlıqla bağlı danışıqları davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
ABŞ nəşri bildirir ki, Moskva təkcə Suriyada hərbi bazalarını saxlamaq yox, həm də ölkədə təsir imkanlarını genişləndirmək istəyir.
WSJ-nin məlumatına görə, Dəməşq Moskvanın təhvil verməkdən imtina etdiyi Əsədin ekstradisiyası, 2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı tərəfindən Rusiyaya köçürülən təxminən 250 milyon dolların geri qaytarılması və sair tələblər irəli sürüb.
Qeyd edilir ki, Rusiya Dəməşqlə danışıqları davam etdirir, çünki Yaxın Şərqdə hərbi obyektlərini yerləşdirmək üçün alternativ variantları yoxdur. WSJ-nin məlumatına görə, Moskva Liviyada baza yaradılması ilə bağlı danışıqlar aparmağa çalışsa da, buna nail ola bilməyib.