
BAKI, 7 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneyiyə məktub göndərib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Fox Business Network”a müsahibəsində məlumat verib.
Amerika lideri Tehranın nüvə silahı proqramına dair müqaviləni müzakirə etmək istədiyini, bu mövzuda danışıqlar aparacaqlarına ümid etdiyini söyləyib.
“Cümə axşamı (dünən) İran liderinə məktub göndərmişəm, mən sövdələşməyə üstünlük verərdim. İran danışıqlara getməsə, bu, onun üçün yaxşı olmayacaq. İranın nüvə silahı ola bilməz. Digər variantlar mövcuddur”, - Tramp qeyd edib.