
BAKI, 9 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynanın hətta Ağ Evin hərbi və maliyyə dəstəyi ilə sağ qalmaq qabiliyyətinə şübhə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində deyib.
Amerikanın yardımının başa çatmasından sonra Ukraynanın gələcəyi ilə bağlı sualı cavablandıran Tramp deyib ki, Kiyevin sağ qalma perspektivləri kənar yardımlardan asılı olmayaraq, qeyri-müəyyən olaraq qalır.
“Ukrayna heç bir halda sağ qala bilməyəcək, amma bilirsiniz, bizim Rusiya ilə münasibətlərimizdə bəzi zəif nöqtələrimiz var. Bu müharibə olmamalı idi, amma oldu. İndi biz bu qarışıqlıqda ilişib qalmışıq”, – Amerika lideri qeyd edib.