BAKI, 7 mart. TELEQRAF

Latakiya və ətrafındakı təxribatların Suriyada və regionda sülhə təhdid yaratmasına imkan verilməməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Önçü Keçeli "X" də paylaşım edib.

"Belə çətin bir dövrdə Latakiya və ətrafında artan gərginlik, həmçinin təhlükəsizlik qüvvələrinin hədəf alınması, Suriyanı birgə və həmrəy bir gələcəyə aparmaq üçün göstərilən səylərə zərər verə bilər. Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququna qarşı olan hər cür hərəkətə etiraz edirik. Türkiyə, Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək”, - o vurğulayıb.