BAKI, 7 mart. TELEQRAF

Suriyanın Tartus vilayətində başlayan üsyana rəhbərlik edən Qiyat Süleyman ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Süleyman “Azad Suriyanın Hərbi Şurası” adlı hərbi hissə yaradıb.

Xatırladaq ki, bu gün səhər saatlarından sözügedən bölgədə Suriya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında şiddətli toqquşmalar baş verir.

Qarşıdurma nəticəsində ümumilikdə 80-ə yaxın insanın öldüyü bildirilir.