BAKI, 8 mart. TELEQRAF

"Ukraynadakı münaqişəni həll edərkən Moskva və Kiyevin mövqeləri nəzərə alınmalıdır".

Teleqraf xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman müsahibəsində deyib.

“Ukraynanın nəzərə alınması lazım olan qanuni narahatlıqları var. Rusiyanın da bəzi məsələlərdə haqlı narahatlığı var ki, Ukrayna bunu nəzərə almalıdır”, - o qeyd edib.

Nazir bildirib ki, Qətər enerji məsələlərini həll etmək üçün Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış etməyə cəhd edib.

"Təəssüf ki, bu işə yaramadı" - siyasətçi əlavə edib.