BAKI, 7 mart. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı özünü israilli girov kimi təqdim edən gəncin videosunu yayımlayıb.

Teleqraf xəbər verir ki, müraciət təşkilatın teleqram kanalında yerləşdirilib.

Özünü Matan Angrest kimi təqdim edən şəxs bildirib ki, o, əsgər olduğu üçün Qəzza zolağında girovluqda olan mülki şəxslərdən daha ağır şəraitdə saxlanılır. Həmin əsir ABŞ Prezidenti Donald Trampa müraciət edərək, girovların azad edilməsini asanlaşdırmağa çağırıb. O qeyd edib ki, çünki Tramp Netanyahuya və İsrail hökumətinə təsir edə biləcək yeganə şəxsdir.

Videonun harada və nə vaxt çəkildiyi barədə məlumat verilmir. Gəncin özü iddia edir ki, video çəkilən zaman o, 510 gün Qəzzada olub.

Qeyd edək ki, İsrailin əldə etdiyi məlumata görə, HƏMAS hələ də 24-ü sağ olmaqla 59 nəfəri girov saxlayır.