BAKI, 8 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqusun Hizbullah əleyhinə açıqlamaları Livanda ciddi etirazlara səbəb olub.

Teleqraf xəbər verir ki, Livan xalqı Beyrut hava limanının qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Əllərində Hizbullah bayraqları və keçmiş liderləri Həsən Nəsrullahın fotoşəkilləri olan etirazçılar Ortaqusun açıqlamalarına etirazlarını bildiriblər. Onlar Hizbullahın baş katibi Naim Qasimə dəstək şüarları səsləndiriblər.

Ortaqusun açıqlamaları "Livanda milli quruluşa qarşı nifrətlə dolu məsuliyyətsiz sözlər" kimi qiymələndirilib.

Morqan Ortaqus Beyrutdakı Baabda sarayında Prezident Cozef Aun ilə görüşündən sonra mətbuata açıqlama verərək bildirib ki,
Hizbullahın İsrail tərəfindən məğlub edilməsi livanlıları sevindirib: "Mən heç vaxt livanlıları ölkələrinin gələcəyi ilə bağlı bu qədər həvəsli görməmişdim. Bunun əsas səbəbi Hizbullahın məğlub edilməsidir".