BAKI, 11 fevral. TELEQRAF

HƏMAS hərəkatı İsrailin atəşkəs razılaşmasının bütün şərtlərinə əməl etmədiyi təqdirdə girovların azad edilməsinin dayandırılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

HƏMAS-ın bəyanatında bildirir ki, təyin olunmuş tarixdən beş gün əvvəl israilli girovların fələstinli məhbuslarla mübadiləsinin dayandırıldığını elan edəcəklər. Bu addımı atmaqda məqsəd yəhudi dövlətinə təzyiq göstərərək, onu razılaşmanın bütün şərtlərini yerinə yetirməyə məcbur etməkdir.

HƏMAS İsrail hakimiyyətini əldə olunan razılaşmaları daim pozmaqda ittiham edib və girovların azad edilməsinin gecikdirilməsinin İsrailə ciddi xəbərdarlıq olduğunu açıqlayıb.