![](https://teleqraf.az/storage/2024/03/17/715x378/qezza.png)
BAKI, 9 fevral. TELEQRAF
İsrail ordusu HƏMAS ilə atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağının şimal-cənubundakı Netzarim dəhlizindən geri çəkilir.
Teleqraf xəbər verir ki, bölgəyə gələn fələstinlilər dağıntıları görəndə göz yaşlarını saxlaya bilməyiblər.
Bölgədəki dağıntıların video-görüntüləri yayılıb.
İsrail ordusu 2023-cü ilin noyabrında Qəzzanın dəniz sahillərinə nəzarəti tam ələ almışdı. Təxminən il yarım davam edən işğalı zamanı İsrail ordusu şimal-cənub xətti boyunca Qəzzanı ikiyə bölən dəhlizdə 600-ə yaxın tikilini yerlə bir edib. Netzarim dəhlizi şərti olaraq "ölüm dəhlizi" də adlandırılır.