BAKI, 13 fevral. TELEQRAF

Fələstin hərəkatı “HƏMAS” Misir vasitəçiləri ilə Qəzza zolağında atəşkəs rejimi və girovların azad edilməsi barədə İsraillə əldə olunmuş razılaşmanın saxlanılması barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “HƏMAS” ilə İsrail arasındakı saziş ilk formada saxlanacaq. Razılaşma humanitar yardım və yanacaq təmin edilməsi müqabilində həyata keçiriləcək. Yardımın Qəzza zolağına çatdırılmasından sonra “HƏMAS” şənbə günü azad ediləcək üç girovun adını açıqlayacaq.