BAKI, 13 fevral. TELEQRAF

Bakı Dövlət Universiteti Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən ərazisində Qazanxana binasının tikintisi işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 1 milyon 438 min 23 manatdır.

Təkliflərin son təqdimolunma tarixi martin 14-dür. Zərflər də həmin gün açılacaq.